Yüklənir...

İş (Müraciət) nömrəsi *

İş (Müraciət) Nömrəsi aralığı: {1000-9999}

Faydalı Məlumatlar

Ən çox verilən suallar və onların cavabları

1. İmtahanda necə iştirak edə bilərəm?

Biletlər imtahan tarixinə 20 gün qaldığı andan satışa çıxır və biletləri kursdan əldə edə bilərsiniz.

 

2. Nəticəni nə qədər vaxta elan edilir?

 Nəticələr imtahandan sonrakı 4 iş günü ərzində elan edilir. İmtahan tipindən asılı olaraq bu müddət dəyişə bilər.

 

3. Nəticəni necə öyrənək?

Nəticəni öyrənmək üçün İş(Müraciət) nömrəsini yuxarıdakı axtarıs hissəsinə yazıb düyməni klikləmək lazımdır.

 

4. İş(Müraciət) nömrəsini necə öyrənə bilərəm?

İş(Müraciət) nömrəsi imtahana buraxılış vərəqəsində qeyd edilmişdir.  

 

5. Nəticənimiz səhifədə əks edilmir. Buna səbəb nə ola bilər?

Aşağıdakı hallar baş verərsə, imtahan nəticələrini səhifədə görmək mümkün olmayacaqdır.

* Müraciət nömrəsi üçün müvafiq sahədə heç bir kodlama aparılmadıqda və ya yanlış kodlanıldıqda;

* Cavab kartında "Sinif", "Variant", "Qrup" (tələb edilən siniflər üçün) ayrılmış sahələrdə heç bir kodlama aparılmadıqda;

* Cavab kartının çırılması, əzilməsi, kənar xətlərin qaralanması, islanması və bənzəri xətalar baş verdikdə; 

* Cavab kartına buraxılış vərəqəsində olmayan başqa bir nömrə kodlanıldıqda.

 

6. Kitabçada topladığı bal ilə sistemə olan bal fərqlidir.

 Aşağıdakı hallar baş verərsə, imtahan nəticələri kitabça və səhifədə fərqli olacaqdır. (aşağıda qeyd edilmiş xətalara yol verilməməlidir)

* Kitabçaya yazılan suallar cavab kartına kodlanılmadıqda;

* Cavab kartında sürüştürmə edildikdə;

* Normadan böyük (dairədən daşaraq) və ya normadan kiçik (kiçiq qaralama) kodlama xətaları edildikdə

* Standartlara uyğun olmayan sadə karandaş və qələmlərdən istifadə edildikdə (Sadə karandan 2HB sərtliyində, qələmlər isə tünd göy və ya qara diyircəkli qələmlər olmalıdır);

* Cavab kartına kodlama edildikdən sonra eyni sətr üzrə iki və daha artıq cavab kodlanıldıqda (* kimi qiymətləndirilir);

* Cavabları silərkən pozan və ya ağardıcıdan yanlış istifadə edərək cavab kartı korlandıqda.

 

7. Açıq suallarda doğru cavab və mən yazdığım cavab eyni olsada səhv kimi götürülmüşdür. 

Açıq sualların kodlanılması zamanı cavab kartında ayrılmış müvafiq sahədə soldan-sağa doğru kodlama edilməlidir. Əgər bu qayda pozularsa, yəni alınmış cavab (misal olaraq 5soldan 1 ci xanaya kodlanmaq əvəzinə digər xanalara kodlanarsa SƏHV hesab edilir. 

Kodlama nümunəsi